Xəbər lenti
İran ərazisində 160 erməni əsgərin olması barədə şayiələrə cavab verib

İran İslam Respublikasının Yerevandakı səfirliyi İran ərazisində 160 erməni hərbi qulluqçusunun olması haqqında şayiələri təkzib edib.
Manevr.az bildirir ki, bu barədə İranın “Parstoday.com” saytı məlumat yayıb.
Sayt Ermənistan mətbuatında İranda 160 erməni hərbi qulluqçusunun olması barədə şayiələrə cavab olaraq İranın Yerevandakı səfirliyinin bəyanatını yayıb.
"İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi Ermənistanın bəzi mətbu orqanlarında 160 erməni əsgərin İranda olması və İran tərəfinin onların qayıdışı üçün ilkin şərtlər irəli sürməsi barədə yayılan şayiələri yanlış və əsassız hesab edir", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, Ermənistanın bir sıra kütləvi informasiya vasitələri ənənəvi olaraq növbəti dezinformasiya yayıblar. Bəzi media orqanlarında yayılan məlumata görə, ikinci Qarabağa müharibəsi zamanı 160 erməni əsgəri Ermənistan-İran sərhədini keçib. Erməni jurnalistlər iddia edib ki, İran guya həmin hərbçilərin geri qaytarılması üçün Ermənistana şərtlər irəli sürüb.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar