Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalistin səhhəti ilə bağlı Prezidentə müraciət edildi

Tarix: 22-05-2021 21:01     Baxış: 2205 A- / A+
Tanınmış jurnalistin səhhəti ilə bağlı Prezidentə müraciət edildi

Azərbaycanın bir qrup media təmsilçisi tanınmış jurnalist Araz Zeynalovun səhhətində yaranmış ağır durumla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, böyük jurnaistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalistin qarşılaşdığı kardioloji xəstəlik onun üçün həyati təhlükəyə çevrilib. Vəziyyəti son dərəcə ağırdır. Həkimlər Araz Zeynalovun tezliklə cərrahi əməliyyat keçirməsinin vacibliyini bildiriblər.

Əməkdar jurnalist, uzun illər "Xalq qəzeti"ndə (o zamankı "Kommunist") məsul postlarda çalışmış Hidayət Zeynalovla jurnalist Məryəm Həsənzadənin ailəsində boya-başa çatmış A.Zeynalov media cameəsində mədəni və qayğıkeş həmkar, jurnalistikanın cəmiyyətə qazandırdığı ziyalı, dərin düşüncə adamı kimi qəbul edilir.

O, Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsil aldıqdan sonra əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzetində başlayıb. Müxbir, şöbə müdiri, baş redaktorun müavini işləyib. Daha sonra "Panorama" qəzetinin baş redaktoru olub. Bu nəşrin müstəqillik dövrü milli mətbuatımızda nümunəvi mətbuat orqanı kimi tanınması Arazın peşəkarlığının, bacarıqlı təşkilatçılıq qabiliyyətinin nəticəsi idi. A. Zeynalov uzun illər "Vesti.az" saytına rəhbərlik edir. Bu sayt rusdilli elektron kütləvi informasiya vasitələri sırasında ən populyar platformalardan biridir. Belə yüksək status isə A.Zeynalovun əməksevərliyinin, işinə məsuliyyətlə yanaşmasının nəticəsidir.

Məktubda, həmçinin, Azərbaycan dövlətinin jurnalistlərin sosial durumlarına, sağlamlıq vəziyyətlərinə hər zaman həssas və diqqətli yanaşdığı vurğulanıb. Eyni yanaşmanın jurnalist Araz Zeynalova da şamil edilməsi xahiş edilib. Onun müalicəsinin təşkili üçün dövlət başçısı tərəfindən müvafiq tapşırığın veriləcəyinə, A. Zeynalovun tezliklə sağalaraq işinə davam edəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, A.Zeynalovun səhhətində yaranmış durumla bağlı Prezident İlham Əliyevə müraciəti Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı, APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, REAL TV-nin rəhbəri Mirşahin Ağayev, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, millət vəkilləri Rafael Hüseynov, Aqil Abbas, Ümid Partiyasının sədri İqbal Ağazadə, Əməkdar mədəniyyət işçisi Sevinc Mütəllimova, professorlar İlham Rəhimli, Qulu Məhərrəmli, Azərbaycan Demokratik Jurnalistlər Liqasinin rəhbəri Yadiqar Məmmədli, “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev, əməkdar jurnalistlər Yusif Rzayev, Qabil Abbasoğlu, Sadiq Gözəlov, tanınmış jurnalistlər Rafiq Fərəcov, Afaq Vasifqızı, İbrahim Nəbioğlu, Kənan Quluzadə, Fikrət Adıgözəlli, Tofiq Abbasov, Mətin Yaşaroğlu, Вəhram Batıyev, Səbuhi Məmmədli, Azər Rəşidoğlu, Zaur Nurməmmədov, Fərid TeymurxanlıVüqar Həsənov imzalayıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar