Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“5 illik müddətin tamamına az qalmış Qarabağda elə bir təxribat törədiləcək ki...”

Tarix: 22-05-2021 15:41     Baxış: 3178 A- / A+
“5 illik müddətin tamamına az qalmış Qarabağda elə bir təxribat törədiləcək ki...”

“Moskvanın Qarabağdan çıxması yalnız bir halda mümkün ola bilər...”

Rusiyanın sülhməramlı adı altında Azərbaycan Respublikasının Laçın rayonu və Yuxarı Qarabağ ərazilərinin bir hissəsinə daxil olmuş hərbi kontingentinin artıq 6 ayı tamam olub. Amma hələ də həmin qüvvənin beynəlxalq statusu müəyyənləşməyib. Bəs bu prosesin sonu necə olacaq? Azərbaycan dövləti 5 illik müddətin tamamında Rusiya hərbi birləşmələrini öz ərazisindən çıxarmağa nail ola biləcəkmi?

Mövzu ilə bağlı tanınmış hüquqşünas, bir müddət öncə Türkiyədə yaradılmış Qarabağ Savaş Suçlarının Araşdırılması Komissiyasının üzvü Adil Minbaşı bunları dilə gətirib:

“Əslində Ermənistanın haqsız ərazi iddiaları özü ilə yanaşı, Azərbaycanın və Gürcüstanın da taleyini başqa bir istiqamətə yönəldib. Məhz həmin iddiaların son nəticəsi olaraq Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə girməyə nail olması da prosesləri daha da qəlizləşdirdi. 28 il bundan öncə Azərbaycandan çıxarılmış Moskva yenidən hərbi formada ölkəmizə girdi və regionda mövqeyini möhkəmləndirdi. Və Rusiya nə qədər ki, güclüdür, hətta 5 il tamam olandan sonra da buradan çıxmayacaq. Tutaq ki, lap 5 ilin tamamında Azərbaycan-Ermənistan sərhədi də müəyyənləşdirildi, Ermənistan ərazi bütövlüyümüzü də tanıdı, Zəngəzur dəhlizi də açıldı, iqtisadi-siyasi əlaqələr də bərpa olundu - Rusiya yenə də Qarabağdan və Laçın dəhlizindən çıxmayacaq. Çünki hegemon bir dövlət kimi hər yerdə öz maraqlarını yeritməyə çalışır...”

Tanınmış hüquqşünas “Bəs Azərbaycan dövləti Rusiya sülhməramlılarından rəsmən imtina etsə də, Kreml onları ərazimizdən çıxarmayacaq?” sualını da cavablandırıb.

“Lap Azərbaycan da, Ermənistan da – hər ikisi istəsə də, buradan çıxmayacaq Moskva. Çünki həmin 5 illik müddətin tamamına az qalmış, bilsə ki, biz onların çıxarılması məsələsini qoyuruq, Rusiya hərbi kəşfiyyatı Qarabağda azərbaycanlı və ermənilər arasında elə bir təxribat törədəcək, elə bir konflikt yaradacaq ki, bu, onlara çıxmamaq üçün hüquqi əsas verəcək. Və həm də biz yenidən onların funksiyasına möhtac olacağıq. Özümüz deyəcəyik ki, qalın, münaqişəni sakitləşdirin. Rusiyanın Qarabağdan çıxması yalnız bir halda mümkün ola bilər. Əgər Türkiyə də Rusiya ilə birlikdə Avropa Birliyi tipli bir qurum yaradıb birlikdə oraya daxil olacaqsa, o zaman artıq Ermənistan Rusiyaya lazım olmayacaq. Və bu halda Kremlin buradakı hərbi mövcudluğuna da gərək qalmayacaq”- Adil Minbaşı bildirib. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar