Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Metro sərnişin daşımağa hazırlaşır? - Əməkdaşlara VAKSİN TƏLƏBİ

Tarix: 22-05-2021 10:05     Baxış: 3151 A- / A+
Metro sərnişin daşımağa hazırlaşır? - Əməkdaşlara VAKSİN TƏLƏBİ


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayevanın "yaxın vaxtlarda ictimai nəqliyyatla bağlı veriləcək” anonsu metroda sərnişindaşıma fəaliyyətinin bərpa olunacağına ümidləri artırıb. Hətta bununla bağlı Bakı metrosunda planlı işlər aparıldığı bildirilir.

Manevr.az xəbər verir ki, bu barədə qurumun əəkdaşlardan modern.az-a məlumat veriblər.

Bildiriblər ki, hər kəsə COVID-19 əleyhinə vaksin vurulması tələbi qoyulub. Hətta pryvənd olunmayacaq şəxslərin 1 iyundan işə buraxılmayacağı xəbərdarlığı edilib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq, qismən də olsa yaranmış suallara aydınlıq gətirib.

B.Məmmədov deyib ki, metroda sərnişindaşıma fəaliyyəti bərpa olunacağı təqdirdə hər hansı problem yaşanmayacaq:

“Çünki müntəzəm olaraq, hərəkətin təşkili, prosesə cəlb olunan işçilərin optimal hazırlıq səviyyəsi daxili normativ tələblərə uyğun sənədlərə tənzimlənməsi şərtilə daim yoxlanılır. Ona görə də deyirik ki, metro hər zaman sərnişin daşımağa hazırdır. Burada həm texniki, həm də kadr potensialı əsas götürülür".

Qurum rəsmisi də yaxın günlərdə metro ilə bağlı yeni qərar veriləcəyini təsdiqləyib:

"Mart ayında qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi müddəti, eyni zamanda, “Bakı Metropoloteni”ndə sərnişindaşıma fəaliyyətinin dayandırılması iyunun 1-nə qədər uzadılmışdı. Bu isə o deməkdir ki, mütləq şəkildə, hər hansı formada ya sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi və şərtləri, ya da sərnişindaşımanın dayandırılması müddətinin uzadılması barədə qərar olmalıdır. Bütün bunlarla bağlı qərarlar isə Nazirlər Kabienti yanında Operativ Qərargah tərəfindən veriləcək. Biz sadəcə icraçıyıq, nə qərar olacaqsa, onu icra edəcəyik”.

Vaksinasiya məsəlsəinə gəlincə, o deyib ki, proses bütün ölkə ərazisində olduğu kimi könüllü aparılır:

“Əməkdaşlar könüllü şəkildə peyvənd olunur. Təbii ki, pandemiyanın bitməsi üçün hər birimiz peyvənd olunmalıyıq. Xüsusilə də riskli sahələrin əməkdaşları”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar