Xəbər lenti
“Putin yaxşı bilir ki, artıq gecdir, Azərbaycanı durdurmaq mümkün deyil” - Rəsul Quliyev
“Putinin Qafqaz siyasəti gün kimi aydındır. Onun kobud, qonşularına və ümumiyyətlə aqressiya siyasəti bəsitdir və atacağı istənilən addım əvvəlcədən məlumdur. Putinin analoqu tarixdə olub. Məsələn İtaliyanın diktatoru Mussolini. Onunda atacağı addımlar əvvəlcədən məlum idi. Bu yaxınlarda Gürcüstanı həm Avropa İttifaqına, həm də NATO-ya qəbul edəcəklər. Rusiya Gürcüstandan qopartdığı Cənubi Asetiya və Abxaziya ilə kifayətlənəcək. Rusiyanın istənilən quberniyasından kiçik olan Asetiya taleyindən razıdır, Rusiya Federasiyasını “sağmal inək” kimi sağır ona başqa heç nə lazım deyildir. Abxaziyanın nə vaxta qədər Rusiyaya quluq gözstərəcəyi məlum deyil. Gürcüstanda 2021 dönüş ili olacaq, çox böyük sürətlə inkişafa başlayacaq".
Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.
Eks-spikerin sözlərinə görə, Rusiya Azərbaycan -Ermənistan münaqişəsi fundamentində hər iki ölkəni tam asılı vəziyyətə salmaq istəyir:
"Yəni “Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan heç bir danışıqlar aparıla bilməz” formasında. Məqsəd də hər iki ölkəni Putinlə hesablaşmağa vadar etməkdir.
Azərbaycanın sovetdən qalma sərhədlərini bərpa etməsi əlbətdə ki, Azərbaycanın haqqıdır. Bu proses nə qədər tez başlasa bir o qədər yaxşı olar.
İkinci Qarabağ müharibəsi, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə nəticələndi. Rusiyanın istədiyi nəticəni vermədi. Yəni Putin Paşinyanı zorla istefaya göndərib sonra da həbs etməyə nail ola bilmədi. Putinin Ermənistanda dəstək verdiyi müxalifət liderlərinin heç birinin Ermənistanda Paşinyan səviyyədə yox, heç ona yaxın bir reytinqə çatanı belə yoxdur". yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar