Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Saxta xidməti vəsiqə ilə vətəndaşları aldadan şəxs saxlanıldı

Tarix: 17-05-2021 22:15     Baxış: 3207 A- / A+
Saxta xidməti vəsiqə ilə vətəndaşları aldadan şəxs saxlanıldı

Son günlər “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə özünü Birliyin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barədə müraciətlər daxil olub. O, saxta xidməti vəsiqə ilə mənzillərə və fərdi yaşayış evlərinə yaxınlaşaraq abonentlərə qaz sayğacı və ya sayğacın kartının vaxtının bitməsini bildirib. Onların yenilənməsi üçün vətəndaşlardan 10, 20 və 30 manat məbləğində pul alıb.

Birliyin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək deyib ki, həmin şəxs ötən il də buna oxşar əməllər törədib: "O, daxil olan müraciət və şikayətlərdən sonra polisə xəbər verilərək saxlanılıb. Rəfail Əsgərov törətdiyi əməldən nəticə çıxarmayaraq yenidən bu yola əl atıb. Birliyin xidmət sahəsinin əməkdaşları tərəfindən Rəfail Əsgərov üzərində Röyal Əsgərov adı yazılan saxta xidməti vəsiqəsi ilə dələduzluq edərkən "iş başında" saxlanılıb və polisə təhvil verilib. O, əsasən paytaxtın Nizami və Nəsimi rayonlarında abonentlərin aldadılması ilə məşğul olub".

“Azəriqaz” İB olaraq abonentlərdən bu cür dələduzluq halları ilə qarşılaşdıqları zaman diqqətli olmaları, “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı “Çağrı Mərkəzi”nə və polis orqanlarına məlumat vermələri xahiş olunur", - Birliyin əməkdaşı vurğulayıb. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar