Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Peyvənd olunanlar maska taxmaya bilər - Direktor brifinqdə çıxış edərkən deyib

Tarix: 14-05-2021 09:28     Baxış: 3202 A- / A+
Peyvənd olunanlar maska taxmaya bilər - Direktor brifinqdə çıxış edərkən deyib

Peyvənd olunmuş şəxslər maska taxmadan və sosial məsafə saxlamadan qapalı yerlərdə və açıq havada keçirilən tədbirlərdə sərbəst iştirak edə bilərlər.

ABŞ-da COVID-19 infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski virtual brifinqdə çıxış edərkən deyib.

Peyvənd olunanlar maska taxmaya bilər - Direktor brifinqdə çıxış edərkən deyib


R.Valenski qeyd edib ki, tam peyvənd olunmuş şəxslər maska taxmadan və sosial məsafə saxlamadan qapalı yerlərdə və açıq havada keçirilən tədbirlərdə sərbəst iştirak edə bilərlər. O deyib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yenilənmiş qaydaları İsraildə və ABŞ-da keçirilmiş elmi tədqiqatların nəticələrinə əsaslanır. "Amerika Tibbi Assosiasiyasının Jurnalı"nda dərc edilmiş İsrail alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, peyvənd COVID-19 qarşı 97 faiz effektlilik göstərib. Bundan əlavə, 5 mindən çox səhiyyə işçisindəki asimptomatik infeksiyaya qarşı 86 faiz təsirli olduğunu göstərib.
Yeni qaydalarla yanaşı, mərkəzin direktoru qeyd edib ki, peyvənd olanların təyyarələrdə, qatarlarda, avtobuslarda tibbi maska taxmaqları vacibdir. Xəstəxanalar, qocalar evləri və həbsxanalar kimi bir sıra qurumlara da daxil olarkən tibbi maska lazımdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar