Xəbər lenti
“8 mayda Şuşada Azərbaycan xalqı tarixi qələbəsini qeyd edəcək” - Elman Məmmədov
8 may 1992-ci il Şuşanın işğal gününü xalqımız heç vaxt unutmayacaq. Ermənilər həmin gün Azərbaycanın qədim şəhəri olan Şuşanı işğal edib. Həmin tarixdən də bu ilə qədər hər il 8 mayda ermənilər işğal olunmuş Şuşada “bayram” keçirirdilər. Ancaq bu il 44 günlük vətən müharibəsinin nəticəsi ilə Şuşa şanlı Azərbaycan Ordusu tərəfindən azad olunması ermənilərin bədnam niyyətlərinin sonu kimi qeyd olunur. Ona görə də xalqımız 30 ilə yaxın işğalda qalmış o acı günləri, işğal tarixlərini heç vaxt unutmur və unutmayacaq.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinün üzvü Elman Məmmədov deyib.
O qeyd edib ki, heç bir rayonumuzun, kəndimizin ermənilər tərəfindən işğal günü unudulmayacaq: “Qırğınlar, soyqırımlar bu xalqın başına məhz ermənilər tərəfindən gətirilib. Ona görə də, xalqımız öz keçmişini unutmayacaq. Ancaq bu il keçən illərdən fərqli olaraq xalqımız işğal günlərini yada salmaqla bərabər, qalib bir millət, dövlət kimi də qürur yaşayır. 8 may Şuşanın ermənilər tərəfindən günü də sözsüz ki, bir daha yada salınacaq. Cənab Prezidentin sözləri ilə desək “Şuşa azaddır və bu gün Şuşa dirçəldilir”.
Elman Məmmədov 8 may günü Şuşada bu tarixi, qədim Azərbaycan şəhərinin, mədəniyyət beşiyinin düşməndən azad olduğu günü kimi qeyd olunacağını söyləyib: “Şuşanın və digər torpaqlarımızın azad olunmasında şəhid olmuş soydaşlarımızı anmaqla bu tarix yada salınacaq. İşğal günü və işğal altında qalmış 30 illik dönəmi heç vaxt unutmaq olmaz. Amma düşmən isə bu gün öz məğlubiyyətinin acısını yaşayır”.
Millət vəkili bildirib ki, Azərbaycan xalqı öz möhtəşəm tarixi qələbəsini qeyd edir: “Hər il mayın 8-də Şuşanın işğal günündə arzulanan o idi ki, tarixi şəhərimiz azad olunsun. İndi Şuşa azaddır. Cənab Ali Baş Komandan Şuşanın azad olunduğu günü bu möhtəşəm tarixi böyük sevgi və qürurla xalqımıza çatdırdı. Çünki ulu öndər Heydər Əliyev hər zaman Şuşanın azad olunmasını və bu tarixi şəhərimizdə yenidən Azərbaycan bayrağınını dalğalanmasını arzulayırdı. Canab Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Şuşa qalasında şanlı üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı üçün Şuşanın dəyəri, önəmi olduqca böyük və əvəzolunmazdır. Bu şəhər bizim üçün müqəddəsdir. Şuşamız artıq yenidən abadlaşır, tarixi görkəmini bərpa edir”. teleqraf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar