Sizin Reklam Burada
Xəbər lenti
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Niyə vətəndaş adi vəsiqə almaq üçün 40 manat ödəməlidir?” - Deputatdan etiraz

Tarix: 05-05-2021 10:32     Baxış: 3220 A- / A+
“Niyə vətəndaş adi vəsiqə almaq üçün 40 manat ödəməlidir?” - Deputatdan etiraz


Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında dövlət rüsumları ilə bağlı qaydalardan danışdı.

Manevr.az-ın məlumatına görə, deputat bildirib ki, Azərbaycanın vətəndaşları dövlətin idarəetmə xərclərini, vergi ödəmələrini üzərlərinə götürüblər. Həmçinin dövlət orqanının xərcləri də büdcə tərəfindən qarşılanır:

"Belə olduğu halda vətəndaş hər hansı bir sənəd üçün müraciət edəndə deyirlər ki, filan qədər rüsum ödə! Onda belə çıxır ki, dövlət orqanları faktiki olaraq pullu xidmət göstərirlər. Axı, vətəndaş vergi ödəyir, dövlət orqanını saxlayır, dövlət orqanının xərclərini də öz üzərinə götürüb. Niyə vətəndaş, məsələn, adi vəsiqə almaq üçün 40 manat ödəməlidir? 40 manat az vəsait deyil. Əgər vətəndaş vəsiqəni itiribsə, yaxud onun günahı ucbatından vəsiqə korlanıbsa, o zaman vəsiqənin dəyişdirilməsi üçün rüsum ödəsin. Amma kimsə şəxsiyyət vəsiqəsi alırsa, yaxud vəsiqəni vaxtı bitdiyi üçün dəyişdirirsə, niyə pul ödəməlidir?”

Q.Həsənquliyev qanunvericiliyə yenidən baxılmasını təklif edib "Hesab edirəm ki, biz, bu məsələyə fundamental, köklü şəkildə yenidən baxmalıyıq. Onsuz da müəyyən təbəqədən olan insanların sosial vəziyyəti o qədər də yaxşı deyil. Bunlar da hər arayışa görə əlavə rüsum ödəyir. Onları bu rüsumdan azad etmək lazımdır. Nazirlər Kabinetində bu məsələ müzakirə olunmalı, bu formada vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır”.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar