Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ombudsman aparatının əməkdaşları Lapşinlə görüşüblər

Tarix: 16-02-2017 21:37     Baxış: 2325 A- / A+
Ombudsman aparatının əməkdaşları Lapşinlə görüşüblər


Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.

Qurumdan virtualaz.org-a verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi, saxlanılan şəxslərin hüquqlarının təmin olunması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti: qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib və dinlənilib.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılmış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib.

Başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan təqsirləndirilən şəxs Aleksandr Lapşin də fərdi qaydada qəbul edilib. O, saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından, müəssisəyə gətirilən zaman keçirildiyi tam tibbi müayinədən və bu xidmətin, habelə qida təminatının keyfiyyətindən razılıq etmiş, qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunduğunu və maneəsiz istifadə etdiyini bildirib.

A.Lapşin vəkil və tərcüməçisi, habelə vətəndaşı olduğu Rusiya və İsrail dövlətlərinin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəsmiləri ilə də sərbəst görüşdüyünü qeyd edib. Onun saxlanılması ilə bağlı sənədləşmə öyrənilib, habelə kamerasına baxış keçirilib və hüquqlarının təmin olunduğu müəyyən edilib. Ona hüquqları bir daha izah olunub, Azərbaycan Ombudsmanının səlahiyyətləri barədə məlumat verilib və o, qəbula görə təşəkkürünü bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar