Xəbər lenti
Amerikalı general Azərbaycana təşəkkür etdi
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Öz növbəsində general C.Danford Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu və ölkəmizin terrorizmlə mübarizədə iştirakını, o cümlədən sülhməramlılarımızın Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını diqqətə çatdırıb.
Qarşılıqlı maraq doğuran görüşdə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.
Azərbaycana ilk dəfə səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar