Sizin Reklam Burada
Xəbər lenti
27-01-2025
26-01-2025
BÜTÜN XƏBƏRLƏR

Korotçenko: “Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar”

Tarix: 01-05-2021 21:42     Baxış: 3165 A- / A+
Korotçenko: “Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar”


“Ağdamda elə bir hiss yaranır ki, sanki burada atom bombası partlayıb. Dağıdılmış Ağdam məhv edilmiş Xirosima və Naqasakini xatırladır”.


Manevr.az
xəbər verir ki, bunu “report”a Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin Ağdama səfəri zamanı bildirib.

“Ermənilər burada Azərbaycan xalqına qarşı nifrət bombasını partladıblar. Dağıntıların miqyası insanı sarsıdır. Yəqin ki, yer üzündə vandalizmin, nifrətin və düşmənçiliyin miqyasının bu qədər aşkar şəkildə göründüyü başqa bir yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi liderləri buna görə hərbi tribunalda cavab verməlidirlər. Bunu bağışlamaq mümkün deyil. Ermənistanın birinci və ikinci Qarabağ müharibələrini başladan və 1 milyondan çox azərbaycanlını öz torpaqlarından qovan siyasi liderləri cinayətlərinə görə cavab verməlidirlər”, - İ.Korotçenko deyib.

Onun fikrincə, azad edilmiş torpaqları bərpa etmək və Azərbaycan xalqının mənəvi yaralarını sağaltmaq üçün on illər lazım olacaq.

“Bunun üçün Azərbaycanın siyasi iradəsi var. Əminəm ki, bir müddət sonra azad edilmiş torpaqlar yenidən Azərbaycanın incisinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevərdir və bərpa işləri aparacaq. Bu, ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş azərbaycanlıların şərəfinə ucaldılmış ən yaxşı abidə olacaq”, – o deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar