Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları... - Həbs olunan icra başçılarının ekzotik biznesləri

Tarix: 30-04-2021 22:14     Baxış: 3223 A- / A+
İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları...

Şəmkir rayonunun keçmiş icra hakimiyyəti başçışsı, DTX tərəfindən rüşvət və korrupsiya əməllərinə görə həbs olunan Alimpaşa Məmmədovun çoxşaxəli biznes fəaliyyətinə həm də maral ferması daxil imiş. Bu haqda Real TV-nin reportajında deyilir.

Reportaja əsasən sabiq icra başçısı özü maral həvəskarı olub və icra hakimiyyətinin başçısı təyin olunandan bir qədər sonra bu təsərrüfatı yaradıb. Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir. Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.

Qeyd edək ki, Alimpaşa Məmmədovun oğlunun adına rəsmiləşdirdiyi biznes obyektlərinə nəhəng balıqyetişdirmə təsərrüfatı, ticarət mərkəzi, restoranlar və s. daxildir.

Ekzotik bizneslə məşğul olan isə təkcə o deyildi. Ötən il həbs olunan Neftçala rayon başçısı İsmayıl Vəliyevin də çoxşaxəli biznes fəaliyyətində cins eşşək yetişdirilməsi də yer alırdı. Belə ki, keçmiş başçısının Neftçala “Xol yolu” deyilən ərazidə cins eşşək ferması da var idi, həmin fermada saxlanılan eşşəklərin südünün satışa çıxarıldığı bildirilirdi. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar