Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir klinikanın direktoruna cinayət işi açıldı - SƏBƏB

Tarix: 30-04-2021 10:31     Baxış: 4173 A- / A+
Daha bir klinikanın direktoruna cinayət işi açıldı - SƏBƏB

Bakıda klinikanın həyətində ağaclar kəsilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 150 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin müraciəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, həmin ünvanda yerləşən “Hüseyn Dent” stomotoloji klinikasının direktoru Hüseyn Abdullayev tərəfindən klinikanın həyətində olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 3 min manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Yasamal rayon Polis İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar