Xəbər lenti
ABŞ səfirinin Cocuq Mərcanlıya getməməsinin SƏBƏBİ - AÇIQLAMA

ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın Cocuq Mərcanlıya getməməsi məsələsinə münasibət bildirib.
Manevr.az report-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi yardımlar və yenidənqurma sahəsində ən yüksək səviyyəli təmsilçisini - USAİD təşkilatının Azərbaycandakı direktoru Mikaela Meredisi Cocuq Mərcanlıya göndərib.
"Xanım Meredis oraya vəziyyətlə tanış olmaq, vəziyyəti qiymətlindirmək və bizim gələcəkdə nə kimi yardım edə biləcəyimizi müəyyənləşdirmək üçün gedib. 1992-ci ildən bəri Birləşmiş Ştatlar Azərbaycana 1,3 milliard dollar məbləğində yardım edib. Biz daha güclü, sabit, firavan və demokratik Azərbaycanın inkişafı üçün Azərbaycan hökuməti ilə işimizi davam edəcəyik", - səfirlikdə bildiriblər.
Qeyd edək ki, fevralın 15-də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın səfirinin səfərdə iştirak etməməsindən təəssüfləndiyini bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar