Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

'Rövşəni Qərb kəşfiyyatı öldürüb' - Həmid Herisçidən şok iddia

Tarix: 19-08-2016 21:32     Baxış: 5653 A- / A+
'Rövşəni Qərb kəşfiyyatı öldürüb'


“Bilirsiniz ki, oğrular arasında vaxtaşırı çox ciddi müharibələr olur. Bu müharibədə öldürülənlər haqda dövri mətbuata ötürülmüş məlumatlarda gizli mesajlar yer alır”.


Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış yazıçı-publisist Həmid Herisçi deyib.

O, dünən qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin qətli ilə bağlı maraqlı fikirlər səsləndirib: “Gəlin yadımıza salaq ki, Rövşən Lənkəranskidən əvvəlki kral Ded Xasan da bu cür taleyə məhkum oldu. Oğruları nə Rövşənlər, nə Ded Xasanlar öldürür. Onları dövlət tərəfindən təyin olunmuş xüsusi insanlar – gizli killerlər öldürür. Ancaq ölümü kimin boynuna qoyulursa, deməli, oğru dünyasının növbəti kralı həmin adamdır. Dəqiq bilirəm ki, Ded Xasanı Rövşən Lənkəranski öldürməyib. Ancaq Rusiya mətbuatı, daha doğrusu dövləti bu işi Rövşən Lənkəranskinin boynuna qoyaraq elan edirdi ki, oğru dünyasının bundan sonrakı başçısı Rövşən Lənkəranskidir.

Bu məntiqlə yanaşsaq, görərik ki, Rövşən Lənkəranskinin öldürməsində rus oğrularının əlinin olması inandırıcı deyil. Bir məsələ də var ki, Azərbaycan cinayət dünyası Rusiya cinayət dünyasının tərkib hissəsidir. Bizim türklərlə, iranlılarla, əfqanlarla ortaq heç bir cinayətkar qruplaşmamız yoxdur. Amma ruslarla var... Cinayət dünyası üçün SSRİ, xalqlar dostluğu anlayışı hələ də qalır. Hətta mahnıları da eynidir. Cinayət dünyasındakı SSRİ-nin bir mirası da məhz Rövşən Lənkəranskiydi”.

Avtoritetin qətlində siyasət əli

Həmid Herisçi qətlin siyasi tərəflərinin olduğunu da qeyd edib: “Bu hadisənin siyasi tərəfləri də var. Rövşən Lənkəranskinin İstanbulda öldürülməsi son dövrlərdə Azərbaycan-Rusiya yaxınlaşmasına xüsusi cavabdır. Buna hibrit müharibələr deyirlər. Yəni tutaq ki, Qərblə Rusiya arasında çox ciddi münaqişə olur və onlar müharibəni idman sahəsində aparırlar. Elan edirlər ki, rus idmançılarının hamısı dopinq qəbul edir, buna görə olimpiadaya buraxmırıq. Məncə, Rövşənin İstanbulda qətlə yetirilməsi hibrit müharibədir”.

Həmid Herisçinin fikrincə, Rövşən Lənkəranskini Qərb xüsusi xidmət orqanları qətlə yetirib: “Mənə elə gəlir ki, bu iş Qərbin xüsusi xidmət orqanlarının işidir. Onlar Azərbaycan- Rusiya -Türkiyə münasibətlərini gərginləşdirmək, korlamaq istəyirlər. Sizə deyim ki, bu cinayət heç kimim adına çıxmayacaq. Heç kim də bu işi öz boynuna götürməyəcək. Çünki məsələ sırf siyasi məzmunludur.

Qərb Azərbaycan -Rusiya- Türkiyə yaxınlaşmasına siyasi cavab vermək istəyir. Azərbaycan -Rusiya -Türkiyə iş birliyi həddindən artıq böyük layihədir. Bu layihə xüsusilə Qərb dünyası üçün çox qorxuludur.

Əslində, Azərbaycan- Rusiya -Türkiyə işbirliyi köhnə Bizansı dirildir. Tarixi hadisələr onu göstərir ki, Rusiyada İstanbulu fəth edən adam imperator sayılır. Bunu ilk dəfə X əsrin əvvəlində rus knyazı Oleq həyata keçirib. O İstanbulu alıb, qalxanını da onun divarlarına yapışdırıb. Bununla rus dövlətini qurub. Sonra bu işi Lenin Atatürkün əli ilə edib. Bilirsiniz ki, o vaxtlar ağ qvardiyaçılar Krımdan qaçıb İstanbul tərəflərdə yerləşmişdilər. Lenin ordunu darmadağın etmək üçün Atatürkü silahlandırır. Atatürk ağ qvardiyaçıları darmadağın edib, Türkiyəni yaradır. Onun nəticəsində də SSRİ möhkəmlənir. Bundan sonra Qərb bu iki ölkəni tanımağa məcbur olur”.

Həmsöhbətimiz Rövşən Lənkəranskini qətlini tarixi müstəvidə dəyərləndirib: “Azərbaycan- Rusiya -Türkiyə münasibətləri çox dərindir və bunların əsasında Bizans mirası dayanır. Lenin Oleqin xidmətini təkrarlamışdı. Ərdoğanla Putinin işbirliyi də köhnə Bizans mirasının dirilməyi deməkdir.

Bu birliyə qarşı rəmzi mənada təxribat lazım idi. Birinci qurban da Rövşən Lənkəranski oldu. Rövşən çox ciddi fiqur idi. Cinayət dünyasının başında məhz azərbaycanlı insanın dayanması balaca məsələ deyil.

Qərb dünyası bu qətllə sanki Azərbaycan- Rusiya -Türkiyə yaxınlaşmasına assimmetrik cavab verir”.

Üç ölkənin ortaq “qanuni oğrusu”


O, fikirlərini bu sözlərlə tamamlayıb: “Bir anlıq bu fikirlərə diqqət edək: “Rövşən Lənkəranski adlı bir adam var, o, azərbaycanlıdır. Rusiyada cinayətlə məşğul olur, Türkiyədə öldürülür”. Mətbuatda bu cür ifadələri işlədib üç ölkənin adını mənfi planda hallandırmaq istəyirlər. İstəyirlər bu cür informasiya Azərbaycan- Rusiya- Türkiyə münasibətlərinə kölgə salsın. Biz informasiya müharibələri dövründə yaşayırıq. İnformasiyalar ətrafında spekulyasiyalar, alver həddindən artıq güclü olur. Yenə deyirəm, Rövşən Lənkəranskinin öldürülməyi Rusiyaya lazım deyildi, bu, sadəcə, Azərbaycan- Rusiya -Türkiyə yaxınlaşmasını kriminal olay kimi göstərməyə yönəlib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar