Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyası Özbəkistanın magistrantları və gömrük əməkdaşları üçün distant dərslər təşkil edib

Tarix: 27-04-2021 13:24     Baxış: 3177 A- / A+
Gömrük Akademiyası Özbəkistanın magistrantları və gömrük əməkdaşları üçün distant dərslər təşkil edib


Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistanın Daşkənd Gömrük İnstitutunun dinləyiciləri və Özbəkistan Respublikası gömrük xidmətinin əməkdaşları üçün distant dərslər təşkil edilib. Belə ki, Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək, azərbaycanlı mütəxəssislər tərəfindən Daşkənd Gömrük İnstitutunun dinləyiciləri və Özbəkistan Respublikası DGK-nın struktur bölmələrinin əməkdaşları üçün gömrük nəzarəti, gömrük ekspertizası və gömrük rəsmiləşdirilməsi məsələlərini əhatə edən bir sıra mövzular üzrə distant dərslərin keçirilməsini xahiş edib.

Manevr.az
xəbər verir ki, onlayn formatda dərslərin təşkili Gömrük Akademiyasına tapşırılıb.

Aprelin 26-da Zoom platforması üzərindən təşkil edilmiş ilk iki dərsin gedişində Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Xarici ticarət iştirakçılarının gömrük əməliyyatlarının auditi şöbəsinin baş inspektoru Rəşad Salmanov tərəfindən Daşkənd Gömrük İnstitutunun magistrantlarına və kursantlarına iki mühazirə təqdim olunub. Onlayn dərslərə Özbəkistan Respublikası gömrük xidmətinin mərkəzi ofisinin, regional idarələrinin və Daşkənd hava limanının gömrük əməliyyatlarının auditinə məsul olan əməkdaşları da qoşulub.

Dinləyicilərə gömrük auditinin təşkili metodologiyası, onun mərhələləri və həyata keçirilmə ardıcıllığı, gömrük auditinin gedişində gömrük dəyərinin hesablanmasının və təyin edilməsinin düzgünlüyünün yoxlanılması qaydası izah olunub.

Cari il ərzində Gömrük Akademiyası tərəfindən özbəkistanlı dinləyicilər üçün daha bir neçə onlayn dərslər təşkil ediləcək. Həmin dərslərdə azərbaycanlı mütəxəssislər gömrük ekspertizası laboratoriyalarının fəaliyyətində malların təhlükəsizliyi məsələlərinin həlli, gömrük orqanlarının fiskal funksiyalarının həyata keçirilməsi, gömrük prosedurlarının avtomatlaşdırılması, o cümlədən "ağıllı gömrük" sahəsində əldə etdikləri təcrübəni özbək həmkarları ilə bölüşəcəklər.

***

Таможенная Академия организовала дистанционные занятия для магистрантов и сотрудников таможенных органов Узбекистана

Государственный таможенный комитет Республики Узбекистан обратился к Государственному таможенному комитету (ГТК) Азербайджанской Республики с просьбой рассмотреть возможность проведения специалистами нашей страны для слушателей Ташкентского таможенного института и сотрудников структурных подразделений ГТК Республики Узбекистан дистанционных занятий по ряду тем, охватывающих вопросы таможенного контроля, таможенной экспертизы и таможенного оформления.

Организация занятий в онлайн формате была поручена Академии Государственного таможенного комитета Азербайджанской Республики.

26 апреля на платформе Zoom были организованы первые два занятия, на которых главный инспектор Отдела аудита таможенных операций участников внешнеэкономической деятельности Главного управления по менеджменту таможенных рисков и аудита ГТК, полковник таможенной службы Рашад Салманов прочёл в онлайн формате две лекции для магистрантов и курсантов Ташкентского таможенного института. К мероприятию подключились также сотрудники центрального офиса ГТК Республики Узбекистан и региональных управлений и Ташкентском аэропорту, ответственные за организацию и проведение аудита таможенных операций участников внешнеэкономической деятельности.

По просьбе узбекской стороны на этих занятиях слушателям были разъяснены: методология организации таможенного аудита, этапы и последовательность его проведения, порядок проверки правильности исчисления и определения таможенной стоимости в ходе таможенного аудита. Лектор ответил также и на многочисленные вопросы узбекских слушателей.

В течение этого года Академией Государственного таможенного комитета Азербайджанской Республики будут организованы ещё несколько онлайн занятий для узбекских слушателей, на которых азербайджанские cпециалисты поделятся опытом работы в деятельности лабораторий таможенной экспертизы по вопросам безопасности товаров, осуществлении фискальной функции таможенных органов и автоматизации таможенных процедур, в том числе в внедрении системы «умная таможня».

Отметим, что данные мероприятия реализуются таможенными органами двух стран в соответствии с Соглашением между Правительством Республики Узбекистан и Правительством Азербайджанской Республики о сотрудничестве и взаимопомощи в таможенных делах, подписанным 27 мая 1996-го года.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar