Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Tarix: 26-04-2021 22:02     Baxış: 4165 A- / A+
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 26 aprel 2021-ci il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.


Dövlət Komitəsi sədrinin 9 fevral 2021-ci il tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib. Komissiyanın protokoluna əsasən, Şuraya üzvlərinin say həddi 13 nəfərdən ibarət təsdiq edilib.

Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 30 namizəd rəsmi qeydiyyata alınıb.

Dövlət Komitəsinə müraciətlər əsasında 175 nəfər səsvermədə iştirak etmək üçün qeydiyyata alınıb. Seçkidə 154 nümayəndə iştirak edib, 18 nəfər seçkiyə gəlməyib.

Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub, səsvermə prosesi başlanandan sona qədər kamera vasitəsi ilə videoya çəkilib. 151 bülleten yararlı, 3 bülleten yararsız hesab olunub.

Seçki komissiyasının bir üzvü səsvermə prosesində iştirak etməyib.

Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:

1. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri – Rey Qasımov

2. Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov

3. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov

4. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri – Xatirə Vəliyeva

5. “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri – Nurəddin Mehdiyev

6. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti – Umud Mirzəyev

7. “Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal

8. Qubadlı rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Təyyar Eminov

9. “Region Plus” Jurnalının baş redaktoru – Namiq Mailov

10. Azərbaycan Respublikası “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü – Samirə Hüseynova

11. “Report” İnformasiya Agentliyinin redaktoru – İmdad Əlizadə

12. Laçın rayon ağsaqqallarının təşəbbüs qrupunun namizədi - Qəzənfər Hüseynov

13. Vəkillər Kollegiyasının üzvü, "A.İ.M" Vəkil Bürosunun vəkili – İsmayıl İsmayılov

Manevr.az

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar