Xəbər lenti
Kəmaləddin Heydərovun biznes imperiyasında nə baş verir? - Şirkətləri arasında qalmaqal
"AFB Bank” ASC (ASC) "Xəzri TN” MMC-ni məhkəməyə verib.
Məhkəmə çəkişməsinə səbəb kredit müqaviləsi üzrə mübahisələrdir.
İddia artıq icraata götürülüb və 7 may 2021-ci il tarixə hazırlıq iclası təyin edilib. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
"Xəzri TN” MMC 1 oktyabr 1999-cu ildə yaradılıb. Nizamnamə kapitalı 29 483 635 AZN-dir. MMC-nin qanuni təmsilçisi Qasımov Ramil Cəlil oğludur.
"Xəzri TN” MMC Föqvəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkətlərdən biri kimi tanınıb. Ramil Qasımovdan əvvəl MMC-nin qanuni təmsilçisi Cəmil Muradov olub. Mediada gedən məlumatlara görə, o, Kəmaləddin Heydərovun yaxın qohumudur. 21 aprel 2021-ci il tarixdə "Xəzər TN” MMC reyestr sənədlərinə dəyişiklik edilib və Cəmil Muradov Ramil Qasımovla əvəzlənib.
Bəzi iddialara görə, bu dəyişiklikdən sonra şirkət Kəmaləddin Heydərovun nəzarətindən çıxıb.
"AFB Banka” gəlincə, sözügedən bankın səhmlərinin 99,6 faizi vaxtilə "Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.
"AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılovun Kəmaləddin Heydərovun bacanağı olduğu barədə iddialar var.
Ehtimal olunur ki, "Xəzər TN” MMC Kəmaləddin Heydərovun nəzarətindən çıxandan sonra o, "AFB Bank” ASC-nin bu MMC-yə kredit vasitəsilə etdiyi yatırımları geri almağa çalışır./hit.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar