Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əflatun Amaşov: "ABŞ-da soyqırımın nə olduğunu gözəl bilirlər, çünki bunu ediblər..."

Tarix: 25-04-2021 16:39     Baxış: 3176 A- / A+
Əflatun Amaşov: "ABŞ-da soyqırımın nə olduğunu gözəl bilirlər, çünki bunu ediblər..."

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini dilə gətirməsindən niyəsə qətiyyən təəccüblənmədim. Bu, ümumən Amerika dövlətçiliyinin mahiyyətindən irəli gəlir. Bayden deməsəydi də, hansısa başqa Bayden məsələni dilə gətirəcəkdi.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədrinin fikirlərinə görə, ABŞ özünə qarşı alternativləri, güclü müstəqil meylləri qəbul etmir, onu əzmək istəyir, bir sözlə hegemonluq iddiasındadır. Səbəb isə sadədir. Bu gün Türkiyə son 100 ildə olmadığı qədər güclüdür. Onun reginodakı tarixi nüfuzunu bərpa etmək əzmi, bu əzmi ən müxtəlif qlobal meydanlarda göstərməsi, Suriyadakı, Qara dənizdəki mövqeyi, Ağ dənizdəki, Kiprdəki qətiyyəti göz önündədir. Bəli, Ankaranın Qarabağda, 30 ilə yaxın müddətdə davam edən konflikdəki dirəniş missiyası daha konkret nəticədir. Belədə Vaşinqton sancmaq yollarını axtarmalıydı. Tapdığı isə budur – “erməni kartı” kimi saxta və gülünc iddia. Bu cür nəhəng ölkənin belə miskin yol tutmağı yalnız və yalnız təəssüf doğura bilər.

"ABŞ siyasəti üçün soyqırımı mövzusu nəyə görə aktualdır? Birləşmiş Ştatlarda soyqırımın nə olduğunu, necə həyata keçirildiyini, hansı dəhşətlər doğurduğunu gözəl bilirlər. Çünki bunu ediblər. Hindulara qarşı, eyni zamanda dünyanın dörd bir yanında həyata keçirdikləri hərbi əməliyyatlarda belə qeyri-insani davranışın ləkəsi boyunlarındadır. Təəssüf ki, ləkə utanc gətimir. Əksinə onu başqalarının üstünə atırlar. Harada, necə etməsindən asılı olmayaraq törətdikləri amansızlıqlara görə cavab verməli olacaqlar. İndi obrazlı desəm, köhlən atları düzdədir. Amma nə vaxtsa yolları çınqıla düşəcək. Necə ki, bütün imperiyaların yolu düşüb. İndiyədək 29 dövlət qondarma “erməni soyqırımı”nı tanıyıb. Nə dəyişib? Bu səs-küy də ABŞ-Türkiyə münasibətlərində növbəti nifaq motivləri yarananadək sakitləşəcək",- deyə Ə.Amaşov bildirib.

Ə.Amaşov qeyd edib ki, Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir. Bunu bütün beynəlxalq məsələlərə münasibətdə görürük. Yenə də gördük. Belədə ortaya sual çıxır – biz nə etməliyik? Türkiyə və Azərbaycan birlikdə inkişaf etməli, bütün sahələri, belə desək, “bayraqdarlaşdırmalıdırlar”. Biz güclü olmalıyıq. Dünya gücün dünyasıdır. Və biz daha güclü olmaq yolunda əzmlə irəliləyirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar