Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat:"ABŞ prezidenti tarixi əsası olmayan bir yalan üçün Türkiyə və Azərbaycanı narazı salan fikirlər səsləndirməməli idi"

Tarix: 25-04-2021 12:02     Baxış: 3187 A- / A+
Deputat:"ABŞ prezidenti tarixi əsası olmayan bir yalan üçün Türkiyə və Azərbaycanı narazı salan fikirlər səsləndirməməli idi"

Toplum olduqları halda özlərinə millət adı qoyub qondarmalıqlarla dünyada imic qazanmağa çalışan ermənilər yenə susmaq bilmir. Pay hesabına qurduqları Ermənistan dövlətinin belə onlara aid olmadığını bildikləri halda tarixi saxtalaşdırmaq, uydurma iddialar yürütmək xislətlərindən əl çəkmirlər. Məzlum görkəm arxasında gizlənən, təcavüzkar erməni toplumu qondarma “soyqırımı” iddiaları ilə yenə gündəmdədirlər. 100 ildən artıqdır dünyanı bu saxta, yalan tarixə inandırmağa çalışır, əslində isə bu iddia ilə böyük dövlətlərin oyuncağına çevrildiklərinin fərqinə varmırlar. Hər il eyni dəyişməz yazıq obrazlarında dünyanın ətəyinə yıxılıb törənməmiş cinayətə "cəza" istəyən toplum, bu il də öz ampluasındadı. Sözzsüz ki artıq dünya da erməni yalanına, məkrinə bələd olub. Ancaq buna baxmayaraq öz çirkin əməllərindən əl çəkməyən erməni şovinistləri ABŞ prezidentinin çıxışında qondarma “soyqırımı” sözünü işlətməsinə çalışdılar və buna nail oldular. Əslində C. Baydenin bu ifadəni işlətməsi başqa siyasi oyunların təzahürüdür ki, bunu da siyasətçilər şərh edir.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, ermənilər yüz ildən çoxdur ki, qondarma “soyqırımı” iddiası ilə öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Bəzi xarici qüvvələrin zaman-zaman bu yalanı “təftiş etmək” arzusu isə Türkiyəyə və müəyyən hallarda isə Azərbaycana qarşı siyasi təzyiqlərin göstərilməsi ilə bağlıdır: “Təbii ki, bundan istifadə etməyə çalışan beynəlxalq güclər mövcuddur. Onlar dərk edirlər ki, Türkiyə-Azərbaycan birliyinin regional gücə çevrilməsi ermənilərin illərdir yaymağa çalışdıqları yalanları da ifşa edəcək. Bu səbəbdən də, zaman-zaman bu yalanı gündəmə gətirməyə və təftiş etməyə çalışırlar. Qondarma “soyqırımı” iddiasının “ildönümü” ilə bağlı hər kəsin diqqəti ABŞ-a yönəlmişdi və hər kəs ədalətli nəticə gözləyirdi. Ağlasığmaz nəticə, böyük bir dövlətin başçısının araşdırılmamış, tarixin heç bir səhifəsində yer almamış qondarma "faciə"ni təsdiqləyən "soyqırım" ifadəsini səsləndirməsi çox təəssüf doğurur və qəbuledilməzdir. Fikrimcə, ABŞ prezidenti öz çıxışında maksimum ehtiyatlı davranmalı və tarixi əsası olmayan bir yalan üçün Türkiyə və Azərbaycan kimi dövlətləri narazı salan fikirlər səsləndirməməli idi”.

Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar