Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat:"Əhalinin çətin durumundan istifadə edərək, bəzi şəxslərin bu cür addımlar atması təəssüfedicidir..."

Tarix: 22-04-2021 20:43     Baxış: 3186 A- / A+
Deputat:"Əhalinin çətin durumundan istifadə edərək, bəzi şəxslərin bu cür addımlar atması təəssüfedicidir..."

Pandemiya başlanan ilk gündən Azərbaycanda həm səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə səfərbər olmasına, həm də səhiyyə strukturlarına lazım olan dəstəyin verilməsinə böyük diqqət ayrılır. Dövlət tərəfindən və birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çoxsahəli və fədakar fəaliyyəti nəticəsində ölkəmizin səhiyyə strukturu, səhiyyə sistemi bu prosesin öhdəsindən gəlir.

Manevr.az xəbər verir ki, bunu Azərtac-a Milli Məclisin deputatı Müşfiq Məmmədli “Yeni klinika” nın direktorunun qanunsuz əməllərinə münasibət bildirərək deyib:

"Azərbaycan nadir ölkələrdən biridir ki, öz əhalisinin sağlamlığını bütün iqtisadi maraqlardan ön planda tutdu və insanların həyatının qorunması, xəstələnlərin vəziyyətinin ağırlaşmaması üçün mümkün ola biləcək həm iqtisadi, həm səhiyyə sektorunun inkişafı baxımından bütün addımlar atıldı. Pandemiya xəstəxanalarının qurulması, onların tam təchizatla təmin edilməsi, dərman preparatları, avadanlıqlar, süni tənəffüs aparatlarının ölkəyə gətirilməsi buna misaldır.

Bütün bunlar dövlətin həqiqətən də həm öz üzərinə düşən funksiyaların icrasındakı tutduğu mövqeyi, həmçinin də dövlət strukturlarının və o cümlədən, əhalinin bütün kəsimlərinin fədakarlığı da göz önündədir. Ancaq təəssüflər olsun ki, əhalimizin düşdüyü bu çətin durumda, həqiqətən də insanların köməyə ehtiyacı olduğu halda bəzi vəzifəli şəxslər, bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxslər xalqına, dövlətinə, millətinə xidmət etmək əvəzinə çox təəssüfedici addımlar atıblar. Xüsusən də pandemiyanın ağır vaxtında, dövlətimizin fədakarlıq etdiyi, dövlət rəhbəri İlham Əliyevin bu sahədə bütün mümkün ola biləcək - həm beynəlxalq səviyyədə, həm ölkə arenasında atdığı addımlara baxmayaraq bu cür neqativ halların olması çox təəssüfedicidir. Əhalinin bu çətin durumundan istifadə edərək, onun sağamlığının qorunması üçün tibb işçiləri tərəfindən hər cür fədakarlığın edilməsinə baxmayaraq, bəzi şəxslərin bu cür addımlar atması çox təəssüfedici və qınanılası addımlardır. Təbii ki, hüquq-mühafizə orqanları bu sahədə araşdırmalar aparır və kim bu sahədə hüquq pozuntusuna yol veribsə, cəzasını alacaqdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar