Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədovdan yeni QƏRAR

Tarix: 15-04-2021 13:10     Baxış: 3171 A- / A+
Əli Əsədovdan yeni QƏRAR


Nazirlər kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Manevr.az xəbər verir ki, bununla bağlı Baş. Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinTəminat Fondundan transfert büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan başqa, qərarda deyilir ki, bu gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, Azərbaycan Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.

Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar dedikdə, sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya etibarlı idarəetməyə verilməsindən dövlət büdcəsinə daxil olan vəsaitlər nəzərdə tutulur.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar