Xəbər lenti
“Fransaya nota verilməlidir” - Azay Quliyev
Milli Məclisin qış sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.
Manevr.az xəbər verir ki, deputatlar cari məsələlərin müzakirəsi zamanı Fransa prezidenti Ollandın erməni diasporu ilə görüşü zamanı verdiyi bəyanatı sərt tənqid edib.
Millət vəkili Azay Quliyev bəyan edib ki, prezident Ollandın erməni diasporuı ilə görüşü zamanı işlətdiyi fikirlər beynəlxalq hüquq prinsiplərinə ziddir: “Olland erməni diasporu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xalqların milli müqədəratının təyin edilməsinin əsas olduğunu deyib. Hesab edirəm ki, prezident Ollandın bu bəyanatı verməsi hakimiyyətinin sonuna iki ay qalmış ermənilərin könlünü almaq kimi qiymətləndirilməməlidir. Belə deyil. Fransanın mövqeyi daim erməniləri dəstəkləməklə bağlı olub. Bu, qəbuledilməzdir”.
A.Quliyev daha sonra qeyd edib ki, bu gün işğal olunan Azərbaycan ərazilərinə ən çox səfər edən nümayəndələr Fransadan olur. Eləcə də separatçı rejimlə ən çox əlaqələri də onlar qurur: “Bu sözsüz ki, bizi narahat edir. Fransanın BMT-nin məlum qərarına hörmət etməməsi cavabsız qalmamalıdır. Fransa prezidentinin bu bəyanatı da cavabsız qalmamalıdır. Dipliomatik işlər görülməli, nota verilməlidir. Fransa prezidenti belə situasiyada prezidentlərin görüşünün təşkil edilməsinə dair bəyanat verir. Birtərəfli mövqe bildirdikdən sonra prezidentlərin görüşünü təşkil etməsi haqda danışır. Hesab edirəm ki, diplomatik xəttlə buna etiraz ifadə edilməlidir”.
Spiker Oqtay Əsədov isə Azay Quliyevin dediklərini anladığını bildirib: “Fransa prezidentinin çıxışı tam mətndə verilməyib. Erməni mətbuatından götürülüb. Erməni mətbuatı da həmin çıxışın özünə maraqlı olan hissəsini verib. Mən Səməd Seyidova tapşırdım ki, bu məsələni araşdırsın. Səməd müəllim Ollandın çıxışının tam mətnini tapdı. Sizin fikirlərinizlə razıyam ki, onun çıxışlarında ərazi bütövlüyü ifadəsi işlədilməyib”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar