Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı regionda nəyi dəyişəcək…

Tarix: 14-04-2021 10:04     Baxış: 2123 A- / A+
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı regionda nəyi dəyişəcək…


31 oktyabr 2017-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında imzalanmıış saziş bu il aprel ayının 5-də Türkiyə Prezidenti tərəfindən təsdiqlənib. Saziş hər iki ölkənin müdafiə sənayesi nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur və bu məqsədlə sazişdə nəzərdə tutulmuş Birgə Komissiyaının yaradılmasına başlanıb.

Birgə Komissiyanın fəaliyyəti iki qardaş ölkənin müdafiə sənayeləri arasında iş birliyi ilə bağlı bütün məsələləri, o cümlədən hərbi texnika, silah- sursatların birgə istehsalı və satışı, hərbi texnologiyaların təkmilləşdirilməsi istiqamətində birgə tədqiqat işlərinin aparılması kimi əməkdaşlıq sahələrini əhatə edəcək.

Bu əməkdaşlıq Azərbaycan hərb sahəsinə hansı yenilikləri gətirəcək?

Manevr.az bildirir ki, Hərbi ekspert Ədalət Verdiyev modern.az-a deyib ki, Türkiyə ilə hərbi əməkdaşlıq təkcə Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından da vacib əhəmiyyət daşıyır:

“Hərbi əməkdaşlıq 1992-ci ildə imzalanmış müqavilə ilə başlayıb bu günə kimi bir neçə sazişlə möhkəmləndirilib. Son imzalanan Azərbaycan və Türkiyə höküməti arasında Müdafiə Sənayesi sahəsində əməkdaşlıq haqqında saziş hər iki ölkənin bu sahədə əlaqələrinin daha da inkişaf etməsinə imkan yaradır. Azərbaycanın hərbi sahədə inkişafı, coğrafi mövqeyinin güclü olması həm də Türkiyənin də güclənməsi deməkdir. Hər iki dövlət arasında imzalanan bu sazişlər regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq”.

Ekspertin sözlərinə görə, bu sazişin yerinə yetirilməsi üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulub.

“Birgə komissiyada böyük ehtimalla hər iki tərəfdən 7 nəfər ilə təmsil olunacaq. Ehtiyac yarandığı təqdirdə bu komissiyaya hər bir tərəfdən Silahlı Qüvvələr və ya Müdafiə Sənayesi təşkilatlarından mütəxəssislər də daxil edilə bilər. Nəticə etibarı ilə bu əməkdaşlıq Türkiyə-Azərbaycan birliyinin Cənubi Qafqazda həm təhlükəsizliyin, həm də regionun sabit və inkişaf edən gələcəyinin real təminatçısı məqsədi daşıyır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar