Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda xəstəxanalarda YER YOXDUR, SƏRT KARANTİN GƏLİR – ELAN OLUNDU

Tarix: 14-04-2021 07:05     Baxış: 3185 A- / A+
Azərbaycanda xəstəxanalarda YER YOXDUR, SƏRT KARANTİN GƏLİR

“Epidemioloji vəziyyət pisləşdikcə, yoluxma sürəti artdıqca və stasionarda yer olmadıqca, karantin qaydaları sərtləşə bilər. Çünki epidemioloji vəziyyət nə qədər pis olsa, karantin qaydaları o qədər sərt olacaq. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbidir”.

Manevr.az redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, ölkədə koronavirusa yoluxmuş aktiv xəsətlərin sayı göstəriləndən çoxdur:

“Müəyyən məlumatalara görə, bizim respublikada koronavirus xəstələri üçün 40 min çarpayı yerimiz var. Bəzi xəstəxanalar bir müddət bu statusdan ayrıldı. Çünki onların da öz problemləri var. Misal üçün bəzi klinikalarda tədris gedir.

Aktiv xəstələrin sayının 31 mindən çox olmasını nəzərə alsaq, bu, artıq dirənmiş rəqəmdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, xəstəxanalara çox ağır xəstələr müraciət edir. Bunların əksəriyyəti reanimasion qulluq və intensiv terapiya tələb edir. Çətinlik bundan ibarətdir. Məsələ təkcə xəstə ilə yekunlaşmır. Biz koronavirus müddətində xeyli həkimlərimizi də itirmişik.

Buna görə, vəziyyət pisləşərsə, karantinin sərtləşdirilməsi, müvafiq lokdaunlar qəbul edilə bilər. Bunu da qeyd etmək lazımdır ki, hazırda 31 min say xəstəxanaya rəsmi müracət edənlərdir. Bu rəqəmdən 5 dəfə çox insan da heç yerə müraciət etmədən evdə müalicə alırlar. Amblator müalicə alanların sayı stasionarda yatanlardan çoxdur. Ham bilir ki, xəstəxanaya düşmək çətindir və məcbur şəkildə evdə müalicə alırlar.

Aktiv xəstə sayı çoxdur. Bu gün koronaviruslu xəstələr küçədə gəzirlər. Küçədə gəzən 10 nəfəri yoxlasaq ikisində virus çıxacaq.

İstənilən halda vəziyyəti tənzimləməyə çalışmaq lazımdır: Ölkəmizdə hazırda vaksinasiya prosesi gedir və bütün bunlar kollektiv immunitetə gedən yolu xeyli qısaldır. Vaksinasiya prosesi intensiv və fəal şəkildə aparılsa, ciddi sərtləşdirmələr və lokdaunlara ehtiyac qalmayacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar