Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prokurorluq işçilərinə şad xəbər - Qanuna dəyişiklik EDİLİR

Tarix: 12-04-2021 20:49     Baxış: 3144 A- / A+
Prokurorluq işçilərinə şad xəbər - Qanuna dəyişiklik EDİLİR


Maaşlarla bağlı qanuna mühüm dəyişiklik nəzərdə tutulur.

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Prokurorluq haqqında" qanunlara bir sıra mühüm dəyişikliklər nəzərdə tutulub.

Adı çəkilən qanuna dəyişiklikməsələsi Milli Məcliisn aprelin 13-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Qanunun 5.2-ci maddəsinə aşağıdakı redaksiyada dəyişiklik təklif olunur:
"5.2. İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilir. Azərbaycan Respublikasının Baş prokuroru hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilir. Rəy mənfi olarsa, stajor attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.".

Qanunun 18.11-ci maddəsinə isə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
"Prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.".

Qanunun 21-ci maddəsinə prokurorluq orqanlaırnda çalışanlaırn əməkhaqqı ilə bağlı dəyişikliyin nəzərdə tutulmasıdır. Bununla əlaqədar olaraq 21.2-1-ci əlavə edilməsi nəzərdə tutulur:

"21.2-1. Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar".

"Prokurorluq haqqında" qanuna dəyişiklik nəzərdə tutuln dəyişikliyə əsasən isə prokurorluq orqanlaırnda çalışanların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qanunun 39-cu maddəsinin 1.4.1. dördüncü hissə aşağıdakı redaksiyada verilməsi təklif olunur:

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.";

1.4.2. maddəsinə isə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
"Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur."/ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar