Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Nazirdən ƏMR: Məleykə Abbaszadənin vəfat edən qızının yerinə təyinat

Tarix: 09-04-2021 21:05     Baxış: 4222 A- / A+
Nazirdən ƏMR: Məleykə Abbaszadənin vəfat edən qızının yerinə təyinat


Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Bu barədə ADPU məlumat yayıb.

Professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olub.

Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləyib, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülüb.

2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olub.

2020-ci ildə Türkiyədə keçirilmiş musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu "Vətəndir” şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələyib.

Qeyd edək ki, bu təyinata qədər Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 44 yaşlı qızı Nigar Abbaszadə tuturdu. N.Abbaszadə ötən il iyulun 18-də qəflətən ürəktutmadan vəfat edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar