Xəbər lenti
Azərbaycanda BU TARİXDƏ pandemiyaya qalib gələcəyik - Türkiyədə çalışan azərbaycanlı həkim - VİDEO

Azərbaycanda vaksinasiya artıq sürətli getməyə başlayıb. Azərbaycanda istifadə olunan vaksinlərin hamısı təhlükəsizlik baxımından dünyanın ən ciddi labaratoriyalarında sınaqdan keçirilib.
Manevr.az bildirir ki, bunu trend-ə Türkiyədə çalışan həkim-reanimatoloq, Heydər Əliyev Fondunun REACT-19 layihəsi çərçivəsində Azərbaycanda koronavirusla mübarizə tədbirlərinə cəlb edilmiş həkimlər qrupunun üzvü kimi çalışmış Turanə Rəsulova deyib.
O qeyd edib ki, dünyada 400 milyondan çox insan vaksinasiya olunub və bir dənə də olsun ölüm halına rast gəlinməyib:
"Ona görə də əhalini vaksinasiyada aktiv şəkildə iştiraka səsləyirəm. Əgər kiminsə xroniki xəstəliyi varsa, şəkər, təzyiq xəstəsidirsə və keçmişdə ciddi alergik reaksiyasi mövcudd deyilsə, onlara mütləq şəkildə vaksin olunmağı tövsiyə edirik. Vaksinasiya 80 faizə çatandan sonra yoluxma dayanacaq. Vaksin olunmuş şəxslər yoluxsa da, xəstəliyi yüngül keçirirlər və ya yoluxmurlar. Ancaq vaksin olunsa da, qaydalara əməl etməliyik. Sosial məsafə, maskadan istifadə, gigiyena qaydalarına riayət etmək eyni qaydada davam etməlidir".
T.Rəsulovanın sözlərinə görə, payıza doğru vaksinasiyanın yekunaşdırılacağı ilə bağlı xəbərlər var: "Vaksinasiyanı uyğun səviyyəyə çatdırandan sonra artıq normallaşma başlayacaq və biz koronavirusla mübarizənin öhdəsindən gəlmiş olacağıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar