Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib – Nə baş verir?

Tarix: 09-04-2021 09:28     Baxış: 2141 A- / A+
Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib – Nə baş verir?


“Gün ərzində çox maraqlı hadisələr baş verdi. Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul etdi. Krasnov Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Hiss olunurdu ki, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Böyük ehtimalla Rusiyanın baş prokuroru “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparıb”.

Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, gün ərzində İrəvanda enən təyyarədə “erməni əsirlərin” geri qaytarılacağı xəbərləri yayılıb:

“Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan açıqlama verərək İrəvana enən təyyarənin içində heç bir “erməni əsirin” olmadığını yazdı. İrəvanda “əsirləri” gözləyərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”.

“İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək”. /yenisabah.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar