Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb

Tarix: 08-04-2021 15:32     Baxış: 3146 A- / A+
İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb


Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında hündürmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılan araşdırmalarla, “Olympus” MMC və “N-Turan” MMC–nin vəzifəli şəxslərinin qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olmuş, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş vermələri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar