Xəbər lenti
“Dörd qardaşın dastanı...” filmi çəkilib -ŞƏKİL

44 günlük döyüşlərdə vuruşmuş 4 qardaş haqqında sənədli film çəkilib. “Dörd qardaşın dastanı...” filmi Vətən müharibəsində iştirak etmiş 4 qardaşın qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışır. “Azərbaycantelefilm”in istehsalı olan bu ekran əsərinin çəkilişləri əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, millət vəkili Arzu Nağıyevin dəstəyi ilə çəkilən filmin senari müəllifi və rejissoru Elnurə Kazımovadır. Redaktoru Sadıq Elcanlı, direktoru Sahib Heybətovdur.

Filmin yaradıcı heyətinə Elxan Rüstəmov, Elşən Bədəlov (operatorlar), Azər Kərimov (dron operatoru), Yaqub Həsənov (montaj rejissoru), Ceyhun Ağayev (səs rejissoru), Əliabbas Qasımov, Fərid Rəsulov (səs operatorları), Vəfa Bağırova (komputer qrafikası), Məlahət Əhməd (produsser) və başqaları daxildir. Mətni Toğrul Səfərov və Gülnar Səma oxuyub.
Filmdə Dövlət Təhlükəsizlik xidmətinin, Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və radio verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.

Üçü ixtisaslı zabit, biri müddətdən artıq xidmət edən qulluqçu olan qardaşların ataları Mahir müəllim də birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı olub. Səməd, Elnur, Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu kimi Vətən müharibəsində hava hücumundan müdafiəni təmin ediblər. Afiq isə Murovda artillerist sürücü kimi hərbi silah-sursatın çatdırılmasında xüsusi fədakarlıq göstərib. Filmdə qardaşların döyüşlərdə göstərdiyi müstəsna xidmətlər, Vətən müharibəsi zamanı körpəsindən yaşlısına kimi insanlarda olan Vətən sevgisi, vətən eşqi işıqlandırılıb.
Gülnar Səma
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar