Xəbər lenti
Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

"Yoluxma sayı azalarsa, ənənəvi təhsil bərpa edilə bilər".
Manevr.az xəbər verir ki, bunu "xəzər" tv-yə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
O deyib ki, ənənəvi təhsilə keçidin başlıca şərti yoluxma sayında ciddi azalmalara nail olmaqdır. Bu baş verərsə, ənənəvi təhsilin bərpa edilməsi müzakirəyə çıxarılacaq.
Ənənəvi təhsilin bərpası üçün təhsil işçiləri arasında vaksinasiyanın vacibliyindən danışan Mehriban Vəliyeva bu prosesin sürətlə davam etdiyini deyib. O, yaş həddi olmadan müəllimlərin vaksinasiya olunduğunu bildirib.
Mehriban Vəliyeva yoluxma sayının artdığı bu günlərdə distant təhsilə keçidin zərurət olduğunu vurğulayıb, uşaqların distant təhsildə iştirakının vacibliyini qeyd edib.
Qeyd edək ki, distant təhsilə keçməzdən əvvəl təkcə Bakı məktəblərində 1086 şagird və 695 müəllim virusa yoluxub. 739 şagird və 460 müəllim son 14 gün ərzində xəstələnib. Bu səbəbdən də paytaxt Bakı da daxil olmaqla bəzi şəhər və rayonlarda təhsilin distant formasına keçilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar