Xəbər lenti
Ermənistana “İsgəndər” necə verilib? - Rusiya buna rəsmi münasibət bildirməlidir
Şuşa şəhərində və onun ətrafında ANAMA-nın həyata keçirdiyi minatəmizləmə tədbirləri nəticəsində məlum oldu ki, müharibədə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər-M” raketi istifadə edilib. Rusiya mütləq şəkildə buna münasibət bildirməli və tədqiqat aparmalıdır. Şuşa ətrafında “İsgəndər” raketinin qalıqlarının tapılması böyük beynəlxalq qalmaqaldır. Ona görə ki, beynəlxalq müqavilələrə və konvensiyalara əsasən, Rusiya “İsgəndər-M” raketlərini heç bir halda digər dövlətlərə verə bilməz. Odur ki, bu raketləri kimin atması sualı ortaya çıxır.
Manevr.az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib. Professorun sözlərinə görə, “İsgəndər” nüvə başlığına malik olan raketdir:
“Əgər raketi Ermənistan atıbsa, “İsgəndər-M” onlara necə verilib? Ümumiyyətlə, “İsgəndər-M” raketi nüvə başlığına malik olan strateji xarakterli silahdır. Bu raketin təhlükəsizlik mexanizmi və atılma icazəsi bir neçə pillədən keçir. Belə olan halda necə olub ki, raket Ermənistana gəlib çatıb. Rusiya mətbuatında bildirilir ki, məsələ ilə bağlı tədqiqat aparılır. Bu, qeyri-ciddi münasibət formalaşdırır. Rusiya dünyada ən böyük nüvə silahı arsenalına malik olan ölkədir. Buradan o nəticəyə gəlirik ki, Rusiyanın nüvə daşıyan strateji silahına nəzarət mexanizmi yoxdur və istənilən ölkə bu silahı ələ keçirə bilər. Bir çox suallar var ki, onlara aydınlıq gətirilməlidir. “İsgəndər-M” çox böyük dağıdıcı gücə malik olan silahdır, odur ki, Rusiya təkcə Azərbaycan deyil, beynəlxalq ictimaiyyət qarşısında da məsuliyyət daşıyır. Hesab edirəm ki, Rusiya tərəfi bu məsələyə rəsmi münasibət bildirməlidir. Bəzi mənbələrin yazdığına görə, bu yaxınlarda Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü gözlənilir. Düşünürəm ki, həmin görüş vaxtı Prezident İlham Əliyev məsələni qaldıracaq”.
Ramiz Sevdimalıyev qeyd edib ki, indiyə qədər Rusiya heç bir ölkəyə “İsgəndər-E” eksport versiyasını göndərməyib:
“Burada ciddi səhvlər var. Rusiya bu səhvləri və Ermənistanın silahı necə ələ keçirdiyini izah etməlidir. Necə olur ki, hansısa mafioz qruplar belə bir silahı ələ keçirə bilib. Silahların təhlükəsizliyini təmin edə bilməyən Rusiya bu vəziyyətdə özünə qarşı inamı itirmiş olur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar