Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

TƏBİB sədrindən pandemiya ilə bağlı AÇIQLAMA

Tarix: 03-04-2021 15:41     Baxış: 3195 A- / A+
TƏBİB sədrindən pandemiya ilə bağlı AÇIQLAMA


Əhalinin 80 faizinin vaksinlənməsi hədəflənir.

Manevr.az xəbər verir ki, bunu Anadolu agentliyinə müsahibəsi zamanı TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib.

O qeyd edib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında vaksinasiya prosesini erkən başlayan ölkələrdən biridir və 18 yanvarda başlayan vaksinasiya uğurla həyata keçirilir. Vaksinasiya prosesinin Bakının bütün poliklinikalarında və bölgələrdə 90 nöqtədə həyata keçirildiyini bildirən R.Bayramlı indiyə qədər 800 min doza peyvənd tətbiq edildiyini söyləyib.

"Bu proses çox sürətlə davam edir və rəqəmsal şəkildə idarə olunur. Ölkəmiz ən uğurlu vaksinasiya həyata keçirən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizini peyvənd etməkdir. 8 milyon insanın peyvənd edilməsi üçün 16 milyon doza peyvənd üçün razılaşmalar əldə olunub. Bu, epidemiyaya son qoymaq üçün əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, yay aylarına qədər vaksinasiyanı uğurla başa çatdıracağıq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar