Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib

Tarix: 02-04-2021 20:19     Baxış: 3110 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Yığıncağı giriş nitqi ilə açan Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı vebinarın Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik və maarifçilik fəaliyyətinə həsr olunduğunu bildirib.

XIX əsrin sonu – XX əsrin əvvəllərində mövcud sosial, iqtisadi həyatdan bəhs edən M.Babaşlı H.Z.Tağıyev kimi din xadimlərimizin və ziyalılarımızın birlikdə fəaliyyətindən danışıb. Bu dövrün özünü dərketmə, milli oyanış baxımından Azərbaycan tarixində parlaq bir səhifəni özündə əks etdirdiyini vurğulayıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, ölümündən 100 ilə yaxın müddət keçməsinə baxmayaraq, H.Z.Tağıyev xalqımız tərəfindən daim xatırlanır, həyatı və fəaliyyəti haqqında mütəmadi olaraq araşdırmalar aparılır.

F.Cabbarov vurğulayıb ki, H.Z.Tağıyevin təhsili olmasa da, o, elmə və maarifə daha çox önəm verirdi.

Mesenatın xeyriyyəçilik fəaliyyətinə stimul verən səbəbləri sadalayan məruzəçi H.Z.Tağıyevin həddən artıq inanclı olduğunu və sosial məsuliyyəti dərk etdiyini başlıca səbəb kimi qeyd edib. O, həmçinin Şərqdə ilk dünyəvi Qız Məktəbinin açılmasından, “Həyat” qəzetinin çap olunmasından da söhbət açıb.

F.Cabbarov bu gün də xeyriyyəçilik ənənələrinin davam etdiyini vurğulayıb. Bildirib ki, buna ən böyük nümunə 44 günlük Vətən Müharibəsində sosial vəziyyətindən asılı olmayaraq, hər kəsin cəbhəyə yardım etməsi idi.

Vebinar mövzu ətrafında müzakirələrlə davam edib.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar