Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: “Kəlbəcərin işğal günü heç vaxt unudulmamalıdır”

Tarix: 02-04-2021 08:55     Baxış: 2113 A- / A+
Aqil Məmmədov: “Kəlbəcərin işğal günü heç vaxt unudulmamalıdır”


Bu gün Kəlbəcər rayonunun 1993-cü ildə işğal edilməsindən 28 il ötür. Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu müharibənin nəticəsi olaraq digər ərazilərimizlə yanaşı Kəlbəcər rayonu işğaldan azad edildi. 28 ildən sonra ilk dəfədir ki, Kəlbəcərin işğal günü Kəlbəcər işğalda olmadığı halda anılacaq.

Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov Manevr.az turkustan.info-ya istinadən açıqlamasında bildirib ki, rayon işğaldan azad edilsə belə, işğal günü heç vaxt unudulmamalı, hər il anmalıdır: “İşğal faktını, erməni vandalizmini dünyaya çatdırmaq baxımından işğal tarixlərinin qeyd edilməsi vacibdir. Digər rayonlarla bağlı da eyni cür davranmalıyıq. Sadəcə olaraq, qeyd etmənin formatında müəyyən dəyişiklik etmək olar. Azad edilən rayonların işğal tarixlərinin, anım günlərinin bundan sonrakı formaları ilə bağlı müxtəlif fikirlər var. Hesab edirəm ki, həmin anım günlərini heç zaman unutmaq olmaz.İşğaldan azad edilən rayonlarımızda işğalı göstərən abidələr olmalıdır. O cümlədən, Kəlbəcərdə.

Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə keçirdiyi görüşlərdə hər zaman vurğulayırdı ki, torpaqlarımız azad edildikdən sonra da bu faciələr, işğal günləri unudulmamalı, hər zaman xatırlanmalıdır.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar