Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident sərəncamı: AZAL-da nələr gözlənilir? - Şərh

Tarix: 31-03-2021 12:07     Baxış: 2139 A- / A+
Prezident sərəncamı: AZAL-da nələr gözlənilir? - Şərh


Azərbaycan Hava Yollarının (AZAL) fəaliyyəti ilə bağlı gözləntilərdən biri təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır. Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir.

Bu sözləri açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamları ilə nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri - Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteni QSC-lərdə və eləcə də “Bakı Bus” Məhdud Məsuliyyətli Cəmiyyətdə müşahidə şuraları yaradıldı:

“Əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər. Əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır.

Beynəlxalq məsləhətçi şirkət cəlb etməklə həmin müəssisələrin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin 6 ay müddətində diaqnostikası aparılacaq və növbəti 2 ayda onların yeni nizamnamə və strukturun layihəsi hazırlanacaq. Göründüyü kimi, iri dövlət müəssisələrin idarəedilməsində yeni mərhələ başlayır. Sözügedən müəssisələr nəqliyyat sektorunda aparıcı qurumlardır. Bu baxımdan onların fəaliyyətinin daha səmərli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir.

Pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma postpandemiya dövründə daha çox istiqamətlərdə büdcə ucuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır. Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa asılıdır.

Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji priortet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq"./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar