Xəbər lenti
Kəlbəcərə 80 ton humanitar yük çatdırılıb - Rusiya MN
Rusiya sülhməramlıları Kəlbəcər bölgəsinə 80 ton humanitar yükün çatdırılmasını təmin edib.
Manevr.az bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün 15 hərbi KAMAZ avtomobili və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin on birinci karvanı Xankəndi-Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edərək 80 ton yükü Kəlbəcər rayonuna çatdırıb. Yük elektrik avadanlıqları, tikinti avadanlığı və materiallarından ibarət olub.Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə on bir avtomobil karvanı 1600 tondan çox yük daşıyıb.
Qeyd olunub ki, ötən il 9 noyabr (10 noyabr - red.) tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.unikal.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar