Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü -ŞƏKİL

Tarix: 30-03-2021 07:20     Baxış: 398 A- / A+
Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü

Rusiyanın səhiyyə naziri Mixail Muraşko öz qurumunda yaranan problemə görə qudasını itirib.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, ürək ağrılarından şikayət edən 49 yaşlı Natalya Şakirova üçün martın 26-da təcili yardıma çağırış edilib. Tibb işçiləri evə gəldikdən sonra kardioqrafın xarab olduğunu görüblər. Briqada işlək cihaz üçün digər feldşerlərə çağırış etdiyi müddətdə isə qadının halı pisləşib.

Gələn digər qrup Natalyada kəskin miokard infarktı müəyyən edib. Qadın kliniki ölüm şəraitində xəstəxanaya yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, feldşerlər hadisə yerinə tam təchizatlı gəlsəydilər, qadının həyatını xilas etmək mümkün olardı.

Qeyd edək ki, işlək olmayan kardioqrafa görə həyatını itirən Natalya Şakirova Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun oğlu Markın qaynanası olub. O, nəvələrini görmək üçün qızıgilə qonaq gedib, orada halı pisləşib. Qızı təcili yardıma zəng edib, tibbi heyət isə xarab cihazla çağırışa yollanıb.

Baş verənlər böyük qalmaqala səbəb olub. Artıq bu gün təcili yardım stansiyasının rəisi İqor Moskalenko vəzifəsini itirib, kardioqrafı xarab briqadanın tibb işçiləri də işdən uzaqlaşdırılıb. oxu.az

Manevr.az

Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar