Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu - ŞƏKİL

Tarix: 29-03-2021 18:51     Baxış: 3216 A- / A+
Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu - ŞƏKİL


Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Manevr.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağadur Müslümovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə azadlıqda polis nəzarətində olan Ağadur Müslümov barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında qandallanıb.

Qeyd edək, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur.

İş üzrə iki nəfər zərərçəkən var. Onlar - İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.

Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib.

Lakin A. Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb./musavat.com

Manevr.az

Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar