Xəbər lenti
Cəmil Həsənlinin qızının videosunu kim yayıb? - VERSİYALAR
Ötən gecə sosial şəbəkədə Cəmil Həsənlinin qızının şəxsi həyatına müdaxilə olan intim videosunun yayılması haqqında məlumatlar yayıldı. Haqlı etiraz doğuran videonun kim (kimlər) tərəfindən yayılması sualları da hamını düşündürməyə başladı.
Xatırladaq ki, ötən gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü tamam oldu. Builki ildönümü tamam fərqli ab-havada idi. Çünki təhlükəsizlik orqanlarının yaranışı müharibədən sonra ilk dəfə qələbə ruhunda qeyd edilirdi.
Məhz DTX-nın ildönümündə bu cür informasiyanın tirajlanması da istər-istəməz ağıllarda suallar yaradır.
Sözügedən videonun yayılması qurumun özəl gününə kölgə salmaq məqsədimi daşıyırdı? Niyə bu sual?
Çünki narazıların ilk ağlına gələn də məhz bu qurumu və ölkə rəhbərliyini ittiham etmək oldu.
DTX-nın 102-ci ildönümündə dırnaqarası piar-ın aparılması dövlətimizin milli-mənəvi təhlükəsizliyini zərbə altına almaq deməkdir. Videonun çəkilib yayılması da bu istiqamətdə atılan addımlardan biridir.
Halbuki hər kəsə məlumdur ki, milli təhlükəsizlik orqanları 44 günlük müharibə zamanı, həmçinin ondan sonra, elə indi də Azərbaycanın gözəgörünməz qoruyucusu olub. Gizli deyil ki, Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.
Unutmaq olmaz ki, Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur.
Belə olduğu halda, videonu gizli çəkənlər niyə məhz milli təhlükəsizlik orqanlarının yaranma gününü gözləyirdi?
Sanki hansısa gözəgörünməz qüvvələr DTX-nın Anti-Korrupsiya tədbirlərinə əngəl olmaq istəyir.
Xocalı soyqırımı günündə anım mərasimində "Ata Abdullayev oyunu" da, 8 mart aksiyasından sonra ictimai fəal Nərmin Şahmarzadənin adı ətrafında baş verənlər də eyni dəst-xətti xatırladır.
Elə isə bu hadisələrin arxasında kimlər dayanır?
Biz öz versiyalarımızı təqdim edirik:
- Vətən müharibəsində qələbədən sonra yaranmış milli birliyi və həmrəyliyi pozmaq istəyən 5-ci kolon təmsilçiləri;
- Antikorrupsiya tədbirləri çərçivəsində həbs edilən oliqarxların yaxınları;
- Dövlətin milyonlarla vəsaitini mənimsəmiş və həbs sırasının onlara çatacağından qorxaraq gündəmi dəyişənlər... (sfera.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar