Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qriqoryan: "Ermənistan Türkiyəyə münasibətinə düzəliş etməlidir"

Tarix: 28-03-2021 11:51     Baxış: 3359 A- / A+
Qriqoryan: "Ermənistan Türkiyəyə münasibətinə düzəliş etməlidir"


“Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimlənməlidir”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.

Teleaparıcının “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil" sualına cavabında katib deyib:

“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik”.

Armen Qriqoryan məsələ ilə bağlı aydınlaşdırıcı daha bir suala cavab olaraq qeyd edib: “Türkiyədən heç bir təhlükənin gəlmədiyini birmənalı söyləmək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”.

O deyib ki, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv mərhələyə qədəm qoyub:

“Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.

O, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşsa da, əlavə edib ki, iki ölkə nümayəndələrinin açıqlamaları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar