Xəbər lenti
Azərbaycanda toyların keçirilməsi ilə bağlı MÜHÜM XƏBƏR - Deputat DETALLARI AÇDI
Son zamanlar mətbuatdan və sosial şəbəkələrdən izləyirəm ki, insanlar Naxçıvandan toy paylaşır. Təbii ki, toylar gözəldir, olmalıdır, amma insanlar bizə müraciət edir ki, əgər Naxçıvanda toy keçirilirsə, nəyə görə Azərbaycanın digər bölgələrində buna izacə verilmir?
Bunu millət vəkili Razi Nurullayev feysbuk səhifəsindəki video-müraciətində deyib.
O, Naxçıvanda toyların keçirilib-keçirilməməsini dəqiq bilmədiyini, bunu yalnız sosial şəbəkələrdən oxuduğunu qeyd edib: "Mən toyların keçirilməsinə pis baxa bilmərəm. İnsanlar bizdən bu məsələni parlamentdə qaldırmağı, Operativ Qərargahla müzakirə aparmağı və nəticədə toyların keçirilməsinə nail olmağımızı istəyir. Əslində, biz də bunu istəyirik.
Əgər pandemiya aylar, illər çəkəcəksə, toylara icazə verilməyəcəksə, bunun sonradan çox böyük mənfi nəticələrinin şahidi ola bilərik. Artıq havalar da isinib. Restoranlarda isə 50-100 nəfərlik zallar var. Mən deməzdim ki, həmin zallar pandemiyanın yayılması üçün şərait yaradır.
İnsanlar 50-100 nəfərlik zalları olan kafe və restoranlarda toylarını keçirə bilərlər. Onsuz da, hər gün orada toplaşırlar, ad günü keçirirlər və sair.
İkinci bir tərəfdən, artıq Azərbaycanın bir çox rayonunda hava istidir. Günorta saat 12-dən 4-ə və 5-ə qədər açıq havada toyların keçirilməsi mümkündür. Hətta bunun Bakıda da keçirilməsi mümkündür. Mən açıq havada pandemiyanın yayılması təhlükəsinin olduğunu düşünmürəm". azsabah.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar