Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərəb turistlər 4000 manat cərimələndi, qoruqda hərəkətləri qadağan edildi - RƏSMİ AÇIQLAMA

Tarix: 26-03-2021 13:55     Baxış: 4241 A- / A+
Ərəb turistlər 4000 manat cərimələndi, qoruqda hərəkətləri qadağan edildi - RƏSMİ AÇIQLAMA


"Bir neçə gündür, sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz rəftar olunması barədə məlumatlar yayılıb".


Manevr.az bildirir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

"Bununla bağlı demək istərdim ki, ictimaiyyət də bilməlidir ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Digər xarici ölkə vətəndaşları kimi, ərəb ölkələrindən də insanlar ölkəmizə gələ və istirahətini təşkil edə bilər. İstirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməli və bunun qarşısını almalıdır. Məlumatlar bizə daxil olanda araşdırma apardıq. Məlum oldu ki, Acınohur ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur", - deyə H. Əlizadə bildirib.

O qeyd edib ki, bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil olub: "Bununla bağlı onlar cərimə edildilər. Dünən mətbuatda məlumat yayıldı ki, həmin ərazidə hətta ov da aparılıb. Bununla bağlı araşdırmaya başladıq. Fakt qismən təsdiq edildi. Onu da qeyd edim ki, sosial şəbəkələrdə əvvəlki illərə məxsus olan, hətta ərazisinin müəyyən etmək mümkün olmayan bır sıra foto və videolar paylaşılmışdı. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Hazırda quşların miqrasiya dövrü bitib. Buna görə ölkədə quşların sayı da azdır. Amma bəzi faktlar təsdiqini tapdı. Bununla bağlı tərəfimizdən iki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələndi. Ümumiyyətlə, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub. Araşdırmalar davam etdiriləcək. Əlavə məlumat olarsa, ictimaiyyət məlumat veriləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar