Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda tanklarının böyük qismini itirən Ermənistan köhnə T-55 tanklarını təlimə çıxardı - ŞƏKİL

Tarix: 26-03-2021 11:32     Baxış: 4113 A- / A+
Qarabağda tanklarının böyük qismini itirən Ermənistan köhnə T-55 tanklarını təlimə çıxardı - ŞƏKİL


Ermənistan ordusu bu günlərdə keçirdiyi “irimiqyaslı təlimlərdə” köhnə və modernizə edilməmiş T-55 tanklarını poliqona çıxarıb.

Bu detala “Vestnik Mordoviya” portalı Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotolara əsasən diqqəti cəlb edib. Təlimlərdə bir neçə T-72 tankı da görünüb.

Qeyd edək ki, Ermənistan ordusu özünün tank arsenalının böyük qismini 44 günlük Qarabağ müharibəsində itirib. Düşmənin 270-ə yaxın tankı Azərbaycan ordusu tərəfindən məhv edilib, 70-dən çox tank hərbi qənimət kimi götürülüb. Hazırda onların bir qismi Bakıda yaradılmaqda olan hərbi qənimətlər Muzeyində eksponata çevrilmək üzrədir.
Qarabağda tanklarının böyük qismini itirən Ermənistan köhnə T-55 tanklarını təlimə çıxardı - ŞƏKİL

Açıq mənbələrdə yer alan məlumatlara görə müharibəyə qədər Ermənistan ordusunun quru qoşunlarının silahlanmasında 320 döyüş tankı yer alırdı. Təxminən bir o qədər tank da işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmişdi. Beləliklə, təxmini hesablamalara əsasən müharibədə Ermənistan öz tank arsenalının yarıdan çoxunu itirib. Üstəlik bu tankların böyük qismi əsas döyüş tankları olan T-72 tanklarıdır.

Müharibə ərzində Ermənistan ordusunun T-72 tanklarının kütləvi şəkildə məhv edilməsi düşməni məcbur etmişdi ki, döyüşə köhnə T-55 tanklarını çıxarsın. Bu barədə sosial şəbəkələrdə videogörüntülərə rast gəlinirdi. Doğrudur, Azərbaycan ordusunun arsenalında da T-55 tankları mövcuddur və onlar müharibədə istifadə edilib. Lakin bunlar modernizə edilmiş, müasir nişangahlarla təchiz edilmiş T-55 tanklarından gedir. Üstəlik onlar döyüşə atılmırdı və hərəkətdə olan artilleriya qurğusu kimi ikinci eşalonda istifadə olunurdu. (virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar