Xəbər lenti
Bu il direktor olmaq istəyənlərin sayı artıb
Bu il ilk dəfə cari il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda, 2683 namizəd iştirak edib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Cari ilin 19 və 25 fevral tarixlərində direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanı keçirilib. Həmçinin imtahan başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq test tapşırıqları göndərilib, bu isə onların həmin suallara verdikləri cavablarla rahat şəkildə tanış olmalarına şərait yaradıb.
Namizədlərə müsabiqə ilə bağlı detallı imtahan proqramı, izahlı test tapşırığı nümunələri təqdim olunub, elektron sənəd qəbulu mərhələsindən əvvəl vakant yerlərlə tanış olmaq imkanı yaradılıb.
Bütün imtahan mərkəzlərində hər seans başa çatdıqdan sonra namizədlər 10 dəqiqə ərzində təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olublar.
İmtahanlar başa çatdıqdan sonra 1 gün ərzində namizədlərin şəxsi səhifələrinə imtahan nəticələrinin təhlili göndərilib. Hər bir namizəd şəxsi səhifəsinə daxil olaraq ümumi imtahan nəticəsi ilə yanaşı, Respublika və işlədiyi şəhər/rayon üzrə yerini, həmçinin onunla eyni nəticəni göstərmiş namizəd sayı ilə tanış ola bilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar