Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan aliminin məqaləsi dünyanın nüfuzlu elmi jurnalı “Springer”də dərc olunub

Tarix: 22-03-2021 16:21     Baxış: 3379 A- / A+
Azərbaycan aliminin məqaləsi dünyanın nüfuzlu elmi jurnalı “Springer”də dərc olunub

AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, texnika elmləri doktoru, professor Əbülfəz Babayevin “Neft emalı və neft-kimya proseslərinin ekoloji kibernetikası” adlı məqaləsi dünyanın nüfuzlu elmi nəşrlərindən olan “Springer”də “Sənayenin avtomatlaşdırılması üçün Ağıllı Sistem” 11-ci beynəlxalq konfransının (WCIS-2020) materialları toplusunda dərc olunub.
Azərbaycan aliminin məqaləsi dünyanın nüfuzlu elmi jurnalı “Springer”də dərc olunub

Məqalədə bildirilir ki, texnoloji proseslərin ekoloji kibernetikası həm elmi, həmdə bu sahənin tədris fənni olaraq, layihələndirmə texnologiyalarının yeni texniki-proqram vasitələri ilə intensiv yeniləndiyi nano texnologiyaları ilə təkmilləşən texnoloji proseslərin tətbiqi şəraitində nəzəri biliklərin təkmilləşməsi ilə yanaşı onlara ekologiya mühəndisi olaraq, layihələrin hazırlanmasına, ekoloji ekspertizasına peşəkar yanaşma səriştəsi aşılamağa imkan verəcəkdir.

Məlumdur ki, texnoloji proseslərin optimal rejimdə aparılması onun ekologiyaya təsirini azaldır. Lakin “bu, hansı həddir?” sualına cavab vermir. Hesab edilir ki, texnoloji proseslərin ekoloji kibernetikasının öyrənilməsi mürəkkəb texnoloji, konstruktiv dizayn şəraitində aparılan texnoloji proseslərdə ekoloji səviyyənin qiymətləndirilməsınə imkan verəcək. Başqa sözlə, hər bir optimal hesab olunan neft emalı və neft-kimya prosesləri özlüyündə tədqiqat obyekti olaraq müntəzm araşdırılmalı, istifadə olunan avadanlıqların texnoloji və konstruktiv parametrləri, prosesdə iştirak edən katalizatorlarin səmərəlilik xüsusiyyətlərı, istifadə olunan xammalın tərkibi, emal dərinliyi öyrənilib təkmilləşdirilməli və daha yüksək, mükəmməl mərhələlərə catdırılmalıdır.

Məlumdur ki, neft emalı və neft-kimya prosesləri daha mürəkkəb çevrilmələr və avadanlıqların daha mürəkkəb konstruktiv dizayn kombinasiyası şəraitində aparılır və onlarin ekoloji durumunun təkmilləşdirilməsinin səmərəli yollarından biri də prosesin kibernetik əsaslarını araşdırmaqla yeni səviyyəsini müəyyən etməkdir ki, bu da məqalədə həmin istiqamətdə indiyə qədər səslənməyən yeni yanaşma metodu olaraq təhlil edilir.

Professor Ə.Babayevin məqaləsi beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək rəy almışdır.

(www.ameaytp.az saytı)

(www.ameaytp.az saytı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar