Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mönsüm Alışov:"Bu il Novruz bayramı xalqımız, ölkəmiz üçün daha özəldir"

Tarix: 20-03-2021 14:52     Baxış: 3696 A- / A+
Mönsüm Alışov:"Bu il Novruz bayramı xalqımız, ölkəmiz üçün daha özəldir"

Pedaqoji elmlər doktoru, professor, İdrak liseyinin təsisçisi Mönsüm Alışov Novruz bayramı münasibətilə həmvətənlərinə təbrik ünvanlayıb.

Manevr.az həmin təbrikin mətnini təqdim edir:

"Əziz həmvətənlərim,
Hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, səadət və xoşbəxtlik, həyat və fəaliyyətinizdə uğurlar arzu edirəm.
Novruz bayramı Azərbaycan xalqının yüksək milli-mənəvi dəyərləri arasında mühüm yer tutur. Bu bayram ulu əcdadlarımızın bizə gözəl yadigarıdır. Novruz bayramı xalqımızın qonaqpərvərliyini, mehribançılıq, dostluq duyğularını ifadə edir.
Bu il Azərbaycanda baharın gəlişi, Novruz bayramı xalqımız, ölkəmiz üçün daha özəldir. Azərbaycanın əzəli torpaqları düşmən tapdağından azad olmuş, zəfərimiz Azərbaycana bahar gətirmişdir.
Bu bayram günlərində Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman şəhid övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.
Sizi bir daha bu böyük milli bayram münasibətilə təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar