Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusunun karvanı Qırmızı Bazardan keçdi

Tarix: 20-03-2021 10:48     Baxış: 3239 A- / A+
Azərbaycan Ordusunun karvanı Qırmızı Bazardan keçdi

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilib.

Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər:
“Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir”.

Məlumata görə, rus sülhməramlıları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanının təhlükəsiz keçməsini təmin ediblər:

“Dördü – şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar – Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə”.

Nazirlikdən bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Martın 19-da 16 hektar ərazi, 7 km yol təmizlənib:

“Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri, 1724 hektar ərazi, 536 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1616 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 249 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar